Xəlil Rza Ulutürk kimdir?
Xəlil Rza Ulutürk Azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan respublikasının xalq şairi.
Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan ollmuşdur.
Təhsili
Yeddi yaşında Salyan rayon 2 saylı orta məktəbində oxumağa başlayır. Məktəb illərində ədəbiyyat alıminə, romantic yaradıcılıq meydanına çıxması üçün bir hahzırlıq dövrü olub. 1949-cu ildə Azərbayca Dövlət universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən ədəbiyyatşünas alim Cəfər Xəndanın, daha sonra şair Bəxtiyar Vahabzadə ilə tanışlığı Xəlil Rzanınnnın şair kimi yetişməsinə təsir edir.
1954-cü ildə universitetei bitirən Xəlil Rza əmək fəaliyyitinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayır. Onun bu dövrdə çap etdiyi məqalə və çeirlər ictimaiyyətin diqqətini cəlb edir. Ilk şeirlər kitabı sayılan “Bahar gəlir” kitabı bu dövrdə nəşr olunur.
1957-ci ildə şair Moskvaya M.Qorki adına dünya Əsəbiyyatı İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kursuna göndərilir. Bu kurs gənc şairin gələcək həuatının formalaşmasına böyük təsir edir.
1959-cu uldə Bakıya qayıdan Xəlil Rza Azərbaycan Pedaqoji İnstitutunda aspiranturaya daxil olur və təhsilini davam etdirir.
Xəlil Rza Ulutürk həyatı
Azərbaycan dilinin saflığını qorumaq üçün mübarizə aparan şair ruslaşdırma siyasətinə qarşı çıxması səbəbi ilə ictiai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. “ Birlik” cəmiyyətinin rayonlara tə.kil etdiyi səfərlərdə iştirak etməsinə qadağa qoyulur.
Sonrakı dövrlərdə şair Azərbaycan Pedaqoji İnstitundan uzaqlaşdırılır. Xəlil Rza Milli Elimlər Akademiyasının Nizami adına Ədəbiyyat İnistituna dəvət olunur , amma buna baxmayaraq “şübhəli şəxs” kimi təqib edilməyə davam edilir.
Xalq şairi 1950-ci ildə Ov ləqəbi ilə Sovet dönəmini tərənnüm edən bir sıra poemalar qələmə alıb.
Şair 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərə görə incəsənət xadimi fəxri adına layiq görülür.
1990-cı ildə SSRİ imperiyasının dağıldığı dövrlərdə Xəlil Rza Ulutürk SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaçları tərəfindən həbs edilir və Moskvaya həbsxanaya göndərilir. 1990-cı il 9 oktyabrda Bakıya gətirilən Xəlil Rza 1 aylıq davam edən məhkəmə prosesindən sonra sərbəst buraxılır.
1991-ci ildə şair “Türk milləti mükafatı laureate” fəxri adına layiq görülür. 1992-ci ildə isə Azərbaycan Respubilikası xaalq şairi fəxri adı ilə təltif olunur.
Xəlil Rza Ulutürkün yaradıcılığında azərbaycançıllıq ideası böyük yer edinib. Onun poeziyalarının kökü vətən eşqi, torpaq ilə bağlıdır.
Şair xalqın milli mübarizəsində göstərdiyi xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə mükafatlandırılıb.
1994-cü ildə xəlil Rza Ulutürk vəfat edir və Fəxri Xiyabanda dəfn edilir.