Fyodor Mixayloviç Dostoyevski kimdir?
Rus ədəbiyyatının dünyaca tanınmış nümayəndələrindən olan, saysız-hesabsız şahəsər yazarı və dünya ədəbiyyatına adını qızıl hərflərlə yazdıran Fyodor Mixayloviç Dostoyevski 11 noyabr 1821 – ci ildə Moskva şəhərində dünyaya göz açıb.
Uşaq yaşlarından yazıçı olmaq istəyən Fyodor hərbi xidmətini başa vurduqdan sonra işini buraxıb yazıçı olmağa qərar verir. 1846 – cı il də ilk romanı olan “Alçaldılmış və təhqir olunmuşlar” romanını qələmə alır. Fikir mübadiləsi aparmaq üçün dövrünün böyük tənqidçilərindən olan Belinskiyə öz romanını göndərəndən sonra romanı çapa göndərir. Bu roman Rusiyanın sosial problemlərdən bəhs və onu tənqid edən ilk romanıdır.
Dostoyevskinin həyatı
6 uşaqlı ailənin 2 – ci övladı olan Fyodorun atası içki aludəçisi, sevgisiz və əsəbi bir idi. Ailədə uşaqlara qarşı hər zaman sərt davranırdı və onları intizamlı böyütməyə çalışırdı. Buna səbəb atasının hərbi həkim olması idi. İşindən ayrıldıqdan sonra Dostoyevskinin də dünyaya gələcəyi xəstəxanada könüllü çalışmağa başlayır. Atasının işlədiyi xəstəxanaya yetkinlik və gənclik dönəmində tez-tez gedən və xəstələrlə sıx əlaqədə olan zaman insanların acılarına, bədbəxtliklərinə və dərinlikdəki qaranlığa qarşı marağının böyük olduğunu kəşf etmişdir. Bu dönəm gələcəkdə yazacağı romanlar üçün böyük əhəmiyyət kəsb edirdi.
Bədbəxt və passiv bir qadın olan anasını vərəmdən itirir və atası şəhəri tərk edir. Bundan sonra isə Dostoyevski Peterburq Mühəndislik Universitetinə qəbul olur və orda təhsil almağa başlayır. Bu dönəmdə uşaqlıqdan yaxın münasibətdə olan qardaşı Mixail ilə məktublaşan zaman atasının öldüyünü öyrənir. Atasının ölümü ilə əlaqəli 2 müxtəlif hekayə mövcuddur. Bəzi qayanqlarda infraktdan, bəzi qaynaqlarda isə əmrindəki kəndlilər tərəfindən vəhşicə öldürüldüyü deyilir.
İllərdir atasının işgəncəsinə məruz qalan yazıçı atasının ölümünü dilədiyi üçün özünü bağışlaya bilmir və ilk epileptik tutmasını keçirir. Sonrasında isə uzun çəkən depressiya dönəminə başlayır. “Alçaldılmış və təhqir olunmuşlar” romanını da məhz bu depressiya dönəmində qələmə alır və böyük uğur əldə edir. Ancaq bundan sonra yazdığı “Bəyaz gecələr” və “Ev sahibəsi” romanlarında eyni nailiyyəti əldə edə bilmir və yenidən depressiya dönəminə qədəm qoyur.
Dostoyevskinin siyasi mübarizəsi və həyatına təsiri
1849 – cu ildə siyasət ilə maraqlanmağa başlayır və çarizmə qarşı mübarizə aparan bir qrup gəncə qoşulur və siyasi şeirlər yazmağa başlayır. 1849 – cu ilin 23 Aprelində çarizm əsgərləri ədibin evinə basqın edir və onun bütün əsərlərini toplayıb aparır və özünü də həbsə atırlar. 4 ay boyunca zülmət qaranlıq bir həbsxanada saxlanılan Dostoyevski yenidən dərin depressiyaya düşür. 4 ayın sonunda siyasi şeirlər yazdığı üçün həbsə atıldığını, qardaşı Mixail və digər 7 dostu ilə birlikdə güllələnəcəyi xəbərini alır. Ancaq ölümə saniyələr qalmış çar tərəfindən əfv olunurlar, amma haqlarında 4 illik sürgün,3 il əsgərlik və Moskva və Sankt-Peterburq şəhərlərinə giriş qadağası qərarı verilir.
4 illik sürgün və əsgərlikdən sonra evlənir və Moskvaya gedə bilmədiyi üçün şəhər ətrafı qəsəbələrdən birinə yerləşir və yenidən roman yazmağa başlayır. Hərşeyin yaxşı olduğu bir vaxtda səhhətində problem yaranan Dostoyevski qardaşı Avropa səyahətinə çıxır. 1 illik Avropa səyahətindən sonra öz ölkəsinə qumarbaz və çox miqdarda qumar borcu olaraq dönür. Maddi tərəfdən çökən Dostoyevski qardaşı və həyat yoldaşını itirdikdən sonra yenidən ən yaxın dostu olan depressiya ilə qarşı-qarşıya qalır. “Qumarbaz” əsəri məhz bu dönəmdə nəşşriyyatların Dostoyevsikini sıxışdırması nəticəsində ortaya çıxır. Ardınca isə Cinayət və cəza, İdiot kimi məşhur əsərlər yazılır.
Dostoyevskini evlilik həyatı
Keçirdiyi epileptik tutmalar çox zaman yazacağı yazıları unutmasına və başdan başlamağına səbəb olurdu. Üstəlik nəçriyyatların basqısı və yazıların tez çatdırılma ehtiyacına görə 20 yaşında olan Anna Smitkinanı katibə olaraq işə götürür. Qısa müddət sonra isə evlənirlər və evliliklərindən bir qız uşağı dünyaya gəlir. Dostoyevski həyatının qaydaya düşdüyünü və xoşbəxt olduğunu düşündüyü anda yeni doğulan körpələri dünyasını dəyişir və yazar yenə depressiyaya dönəminə başlayır.
Dostoyevski fəlsəfəsi
Yazıçının əsərlərində oxucuların çox yaxşı bildikləri müəyyən fikirlər var və bu fikirlərin mərkəzində əsasən insan, onun həyatı, sosial yaşamı, həyatla mübarizəsi var və bunlar dərinləməsinə incələnir. Dostoyevskinin insanları tanrının yaratdığı həyatla hərgün mübarizə aparmaq məcburiyyətindədir. Onun əsərlərində tanrının varlığı da önəmli yer tutur. O, azadlıq, pis və yaxşı, əxlaq kimi din fəlsəfəsi ilə yanaşı, inanclı və inancsız olmaq arasında seçimli və bunun nəticələrini rus cəmiyyəti üzərindən oxucularına çatdırır.
Dostoyevskiyə görə insan seçimlərinə və hərəkətlərinə təsir edən ən böyük qüvvə tanrıdır. Onun üçün tək xilasedici ünsür və ya şəxs İsadır. Bir tərəfdən dinin önəmini qeyd edir, digər tərəfdən inancsızlığın nəticləri haqqında yazır və Dostoyevskiyə görə bu cür şəxslərin imana geri dönmələri çox çətindir. Məhz bu nöqtədə onların köməyinə universal sevgi anlayışı çatır. Bu anlayış sayəsində insan həm digər insanları, həm də tanrını qarşılıqsız sevə bilir. İnsan nə qədər inanc və inancsızlıq arasında gedib-gəlsədə əslində onun qurtuluşu məhz bu mübarizədə və çəkdiyi acılardadır. İnsan məhz bu acılardan sonra özünü tapa və bir nəticəyə gəlmək şansı əldə edə bilər.
Dostoyevskinin vəfatı
1881-ci ilin Yanvar ayında ciyər qanaması keçirərək yatağa düşən, çətin həyat, keçirtdiyi ağır travmalar, yaşadığı çətinliklərə baxmayaraq və bunların nəticəsində yaradıcılığında bizə onlarla şahəsər qoyan Fyodor Mixayloviç Dostoyevski 28 Yanvar 1881-ci ildə həyata gözlərini yumur.
Usta yazıçı 31 Yanvar tarixində 30 minlik böyük bir izdihamla dəfn edilir.
Digər saytımız: Taniyaq.az
Digər yazılarımız: İmadəddin Nəsimi kimdir?