İmadəddin Nəsimi kimdir?
Azərbaycan klassiklərindən olan İmadəddin Nəsimi kimdir?
İmadəddin Nəsimi haqqında məlumatlarda onun 1369-cu ildə Şamaxıda anadan olduğu qeyd edilir. Elə həmin şəhərdə də təhsilini davam etdirən Nəsimi, Riyaziyyat və Astronomiya ilə yaxından maraqlanmışdır. İmadəddin Nəsimi qəzəllərini məhz burada yazıb yaratmışdır. İmadəddin Nəsimi haqqında, onun həyatı barədə çox məlumat olmasa da göstərilən mənbələrdə onun adının “İmadəddin”, təxəllüsünün isə “Nizami” olduğu deyilir. Bəzi tədqiqatçıların araşdırmalarına görə, onun adı Əli və yaxud da Ömər ola bilər. Atası Seyid Məhəmməd Şirvan da tanınmış şəxsiyyət idi. Nəsiminin özündən başqa bir qardaşı da olub. Şah Xəndan təxəllüsü ilə şeir yazdığı bildirilir.
İmadəddin Nəsimi qəzəlləri
İmadəddin Nəsimi qəzəllərini əsasən əruz vəznində yazmışdır. Onun yaradıcılığının uğuru da məhz əruz vəznində yazdığı lirik şeirlərdədir. O, əruz vəzni ilə türk dilini daha yaxşı ahəngə salmışdır. İmadəddin Nəsimi Divan ədəbiyyatının banisi sayılır. Onun ərəb dilində divan ədəbiyyatı olması barədə heç bir yerdə məlumat yoxdur. Lakin o, fars dilində beş mindən artıq misrası olan divan yaratmışdır. Azərbaycan dilində isə bu rəqəmlər daha artıqdır. Onun türk dilində yaratdığı divanda misra on beş min təşkil edir.
Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün şərq dövlətlərində yazıb yaratmış və bununla da tanınmış şair olmuşdur. O, istər türk, istərsə də fars ədəbiyyatında çox mühüm uğurlar qazanmışdır. Nəsimi Hurufi sənətkar olduğu üçün o, insan münasibətlərinə ciddi önəm verirdi. Həm ilahi, həm də insani keyfiyyətlərə məxsus olan şair gözəl şeirləri ilə insanları valeh eləməyi daha yaxşı bacarırdı.
Nəsimi dilin zənginliyindən çox məharətlə istifadə eləyir. Hətta şeirlərində daha çox kitab sözlərindən, aforizmlərdən xeyli istifadə etmişdir.
İmadəddin Nəsimi ölüm tarixi
İmadəddin Nəsiminin 1417-ci ildə dünyasını dəyişdiyi bildirilir. Onun məzarı Suriyanın hələb şəhərində yerləşir. UNESKO 1971-ci ildə dahi şair üçün 600 illik yubiley keçirilmişdir. Keçirilən yubiley zamanı ilk dəfə İmadəddin Nəsimi haqqında film ekranlara verilmişdir.