Rəssam

Əzim Əzimzadə kimdir?

Əzim Əzimzadə Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq artisti (1927), Əmək Qəhrəmanı (1927).

Əzim Əzimzadə həyatı

Əzim Əzimzadə 1880-cı ilin may ayında Novxanıda kasıb bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. 1887-ci ildə Bakıya köçmüşdür. Rəssam ilk təhsilni Novxanıdakı molla məktəbində almışdır. Boyalarla ilkin tanışlığı burda olmuşdur. Rəssam ailəsinin etirazlarına baxmayaraq rus-tatar məktəbində təhsil almışdır.  Rəssam məktəbi bitirdikdən sonra metaltökmə zavodunda işləmə başlayır.

Əzim Əzimzadə yaradıcılığı

Rəssamlığa öz əsərlərini məşhur “Molla Nəsrəddin” jurnalında dərc etdirməklə başlamışdır.

Rəssam öz satirik qrafik karikaturalarını  1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnallarda nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.

Yaradıcılığında Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəb ənənələrinin izlərini görmək mümkündür.  

Əzim Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişət həyatı təşkil edirdi. Rəssamın satirik qələmi cəmiyyətin müxtəlif təbəqələrinin mənfi obrazlarını— xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar hədəfləyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close