Rəssam

Fəxriyə Xələfova kimdir?

Fəxriyə Xələfova azərbaycanlı rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisidir. 2006-cı ildə əməkdar incəsənət xadimi seçilmişdir.

Fəxriyə Xələfova yaşı

1969cu-il 31 dekabr tarixində Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur (51 yaşında). Fəxriyə Xələfova tanınmış  Xələfbəyovlar nəslindəndir. Atası Rafiq Xələfov 1979-1989-cu illərdə Azərbaycan SSR-in Avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur. Anası Əliyeva Rəfiqə Əlirza qızı kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014), “Şöhrət” ordeni laureatı, əməkdar elm xadimidir.

Fəxriyə Xələfova təhsili

İlkin təhsilini Bakı şəhəri 6 saylı orta məktəbdə almışdır. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin insan beyninin neyrofiziologiyası ixtisası üzrə təhsil almışdır. Daha sonra Elmlər Akademiyasında Psixologiya ixtisası üzrə aspirantura dərəcəsini bitirmişdir. Təhsilinə Türkiyədə davam etmiş və Xüsusi ali Bədii dizayn məktəbini bitirmişdir. Təşkil olunan bir sıra beynəlxalq müsabiqələrdə müxtəlif  diplom və mükafatlara layiq görülmüşdür.

Fəxriyə Xələfova fəaliyyətləri

Moda sahəsində  1998-ci ildən peşəkar modelyer olaraq fəaliyyətinə davam edir. Modelyerin “Sirr”, “Neft ilahəsi”, “Ays”, “Ümid ritmləri” kimi kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. “EKSPO-2000” Ümumdünya sərgisində və bunun kimi bir sıra beynəlxalq moda müsabiqələrində  münsiflər heyəti üzvü və sədri kimi iştirak etmişdir. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. 2015-ci ildə Modelyer dosent elmi dərəcəsi verilmişdir. Hal-hazırda “Fakhriya Khalafova” Moda və dizayn mərkəzinə rəhbərlik edir.

2018-ci ildə Özbəkistan Respublikasına “Asiya, Afrika və Avropa ölkələri arasında Miss union fashion 2018” tədbiri çərçivəsində səfəri zamanı Özbəkistan Dövlət Tətbiqi İncəsənət Muzeyinə və Özbəkistan Dövlət Muzeyinə şəxsi kolleksiyasından olan özbəkistan ipəyindən hazırlanmış libasları hədiyyə etmişdir.

 

Etiketlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close