Musiqiçi

Üzeyir Hacıbəyov kimdir?

Üzeyir Hacıbəyov- Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.

Üzeyir Hacıbəyov həyatı

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub. Ata­sı Əb­dül­hü­seyn bəy, ana­sı Şi­rin­bə­yim xa­nım­dır. Əbdülhüseyn bəy öz dövrünün ziyalı şəxslərindən biri olub. Urşudbanu Natəvanın mirzəsi olaraq çalışıb. Anası Şirinbəyim xanım isə Qarabağda məşhur Əliverdibəyovlar nəslindən olub. Ailədə üç qardaş iki bacı olan uşaqların musiqi istedadlarının formalaşmasında ailənin valideynlərin böyük rolu olub.

Üzeyir Hacıbəyov ilkin təhsilini Şuşada ikillik rus-türk məktəbindəə alıb. Təhsil həyatına 1890-1904-cü illərəd Qori Müəllimlər seminariyasında davam edib. Bəskarın dünyagörüşünün formalaşmasına böyük təsir edən seminar həmçinin onun Avropa musiqi klassiklərini əsərləi ilə tanış olmasına da imkan yaradıb. Bu dövrdə Üzeyir bəy bariton və skripkada çalmağı, xalq mahnı nümunələrini nota köçürməyi öyrənib.  Üzeyir bəy Qori Müəllimlər Seminariyasında Müslüm Maqomayevla tanış olub.

Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasında müəllimlik etməyə başlayıb. 1905-ci il Bakıya gələrək “Həyat” qəzetində tərcüməçi işləməyə başlayıb və bu hadisə onun ədəbi-publisistik fəaliyətinin başlanğıcı olaraq sayılır.

1911-ci ildə musiqi təhsilini inkişaf etdirmək məqsədi ilə bəstəkar Moskvaya gedib və İlyinskiin xususi musiqi kursunda təhsil almağa başlayıb. Ancaq madii çətinliklər səbəbi ilə təhsilini yarıda qoyaraq Bakıya qayıdıb.

1910-cu ildə Üzeyir Hacıbəyov Məleykə xanımla ailə həyatı qurub. Rus dili müəllimi olan Məleykə xanım həyat yoldaşının sənətinə bələd olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir bəy təqiblərə məruz qalıb. Hətta 1920-ci il də bəstəkarı güllələmək istəyiblər. Yalnız bir təsadüf nəticəsində bu təhlükə sovuşub.

Azər­bay­can ic­ti­mai-mə­də­ni mü­hi­ti­nin tə­lə­ba­tı­nı də­rin­dən du­yub-an­la­yan Üze­yir Hacıbəyov Hə­sən bəy Zər­da­bi­ni ar­zu və is­tək­lə­ri­nin mi­sil­siz da­şı­yı­cı­sı ki­mi kəşf et­miş­di. Qı­sa müd­dət­də Üze­yir bəy bö­yük us­tad­dan məf­ku­rə dər­si al­mış, bir sı­ra sa­hə­lər­də es­ta­fe­ti on­dan qə­bul edib irə­li apar­mış­dı.

O, mu­si­qi fəa­liy­yə­ti­ni əv­vəl­cə “Ne­cat” cə­miy­yə­ti­nin te­atr trup­pa­sı ilə hə­ya­ta ke­çi­rib, 1914-cü il­də isə te­atr cəb­hə­sin­də ona qo­şu­lan qar­daş­la­rı ilə bir­lik­də da­vam et­di­rib.

1918-ci ilin mart soyqırımı sonras Üzeyir bəy turuppası illə birlikdə İrana səfər edib və burada tamaşalar hazırlayıb. 1918-ci il sentyabrın 15-də Bakının erməno, rus-bolşevik, ingilis işğalından azad olmasından sonra vətənə qayıdıb. Bu dövrdə bəstəkar “Azərbaycan” qəzetindəki publisist-redaktorluq və mədəni quruculuqdakı fəaliyyəti ilə milli dövlət quruuluğuna bacardığı qədər kömək etməyə çalışıb. Cumhuriyyət Himnini də elə məhz bu dövrdə yazıb.

XX əsrin 20-30-cu illəri Üzeyir Hacıbəyovun sadəcə Azərbaycanda deyil, SSRİ və dünyada qərb musiqi janrında müxtəlif əsərlər yazması xüsusən 1932-37-ci illərdə “Koroğlu” operasını ortaya qoyması onu daha da məşhurlaşdırdı. Hətta bu əsər bəstəkarın repressiyadan qurtulmasına da kömək etdi.

Üzeyir Hacıbəyov yaradıcılığı

Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində müxtəlif ləqəblərlə dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.

Operalar

Leyli və Məcnun: İlk dəfə 1918-ci il yanvarın 25də göstərilib. Bununla müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.

Koroğlu operası: 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.

Firuzə: Hacıbəyov həyatının son illərində “Firuzə” operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır.

Şeyx Sənan (1909),

Rüstəm və Söhrab (1910)

Şah Abbas və Xurşud banu (1912)

Əsli və Kərəm (1912)

Harun və Leyla(1915)

Musiqili komediyalar

Ər və arvad (1910)

O olmasın, bu olsun (1910)

Arşın mal alan (1913)

İnstrumental müşayiətli xor əsərləri

1919 — “Azərbaycan”. Xor və orkestr üçün. Sözləri Əhməd Cavadındır. “Milli marş”. Xor və orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.

1930 — “Himn”. Xor və simfonik orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.

1934 — “Kantata”, “Qızıl əsgər marşı”.

1936 — “Azərbaycan xalq mahnılarının xor üçün işləmələri”. “Süvari marşı”,”Piyadalar marşı”.

1938 — “Kantata”.  “Ölməz sənətkar Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə.

1939 — “Kantata”

1942 — “Vətən və cəbhə” kantatası. “Ey Vətən”

1945 — “Azərbaycan SSR Dövlət himni”. “Qələbə himni” (“Zəfər himni”). “Stalinə salam”.

1947 — “Kantata”. Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur

Mükafatları

“Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — 1935

“Azərbaycan SSR xalq artisti” fəxri adı — 26 sentyabr 1937

“SSRİ xalq artisti” fəxri adı — 17 aprel 1938

“Stalin” mükafatı (II dərəcə) — 1941 (“Koroğlu” operasına görə)

“Stalin” mükafatı (II dərəcə) — 1946 (“Arşın mal alan” filminin musiqisinə görə)

“Lenin” ordeni — 17 aprel 1938

“Qırmızı Əmək Bayrağı” ordeni — 17 sentyabr 1945

“Qafqazın müdafiəsinə görə” medalı — 1944

“1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı — 1945

Üzeyir Hacıbəyov vəfatı

Çağ­daş Azər­bay­can mu­si­qi­si­nin ba­ni­si, ko­ri­fey bəs­tə­kar Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də ağır ürək çatışmazlığı səbəi ilə dünyasını dəyişib.

Respublikamızda hər il Üzeyir Hacıbəyovun  anadan olduğu gün – 18 sentyabr «Musiqi günü» kimi qeyd edilir.

Digər yazımız: Barış Manço kimdir? 

Digər saytımız: Taniyaq.az

Etiketlər

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close