Siyasətçi

Vilayət Eyvazov kimdir?

General-polkovnik Vilayət Süleyman oğlu Eyvazov  azərbaycanlı siyasətçi, polis, Azərbaycanın 8-ci daxili işlər naziridir.

Vilayət Eyvazov yaşı

Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olmuşdur.

Vilayət Eyvazov təhsili

İlkin təhsilini Culfada alan Vilayət Eyvazov 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.

Vilayət Eyvazov fəaliyəti

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət etmişdir.  DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildə verdiyi sərəncam ilə polis general-mayoru, 2006-cı ildə polis general-leytenantı ali xüsusi rütbəsində  çalışmışdır.

14 aprel 2005-ci il tarixli qərar ilə Vilayət Eyvazov Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.

2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il il tarixli sərəncamı ilə  daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin olunub. 

Prezident İlham Əliyevin  2019-cu il iyun ayının  20-də imzaladığı sərəncama əsasən Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilinb. Dövlət başçısının digər sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilib.

O 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi almışdır.

Vilayət Eyvazov mükafatları

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Mənbə: az.wikipedia

Digər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax...
Close
Back to top button
Close