Şəhidlər

Çingiz Mustafayev kimdir?

Azərbaycanın milli qəhrəmanlarından olan jurnalist Çingiz Mustafayev haqqında məlumat verəcəyik.

29 avqust 1960-cı ildə Çingiz Mustafayev Həştərxanda Kapustin Yar kəndində dünyaya gəlib. Atası Fuad Mustafayev və anası Naxış Mustafayeva olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Atası Fuad bəy onu hərbçi kimi görmək istəyirdi, bu səbəbdən də oğlunu Cəmşid Naxçıvanski adına hərbi liseydə oxumağa yollayır. Üçüncü sinifdən onuncu sinifə qədər burada təhsilini davam etdirmişdir. Nəhayət o, hərbi məktəbi yarımçıq saxlayıb, orta məktəbə getməyə başlayır. Çingiz Mustafayev 167 saylı məktəbi 1977-ci ildə bitirmişdir. Özünü istehlakçı-novator görən Ç. Mustafayev 1970-ci ildə fəaliyyətə başlamış və Azərbaycanda ilk disko-klub yaradıcısı olmuşdur. O, Azərbaycanda ilk DJ kimi tanınan inasanlardandır. 1981-ci ildə Mustafayevin başçılığı ilə 12 nəfərdən “light Dj” və “texnik”lərdən olan “3M” adlı qrup yarandı. Çingiz Mustafayev məktəbi bitirdiyi il 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. O, 1983-cü ildə institutu uğurla bitirir. Ç. Mustafayev institutu bitirdikdən sonra Şabran rayonunda təyinatla üç il müddətində həkim kimi fəaliyyət göstərir. Tibb Universitetini bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında Baş həkim olaraq təyin edilir.

İlk dəfə olaraq Azərbaycan dilində 1983-cü ildə “Dünənki keçdi” rep janrlı mahnı səsləndirilib. Bu müddət ərzində Çingiz Mustafayev “Sevinc” adlı kiçik kafe açır.

çingiz mustafayev

Çingiz Mustafayev Fəaliyyəti

1990-cı ilin iyirmi yanvar hadisələri zamanı Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabrından Azərbaycan Dövlət Televiziyasında jurnalist və reportyor vəzifələrində çalışıb. Lakin onun üçün Azərbaycan miqyasında fəaliyyət göstərmək kifayət deyildi. Onun reportajları Amerika və Avropanın aparıcı xəbər agentlikləri və televiziyalarında informasiya blokadası altında Azərbaycan həqiqətləri mövzusunda yol tapıb. Dövlət televiziyasında senzura və sərt qadağalar Mustafayevi geniş fəaliyyət dairəsindən məhrum edirdi. Bu səbəbdən də Çingiz “215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olmuşdur.

Çingiz Mustafayev Qarabağ müharibəsi dövrü

Çingiz Mustafayev Qarabağ müharibəsi haqqında səkkiz ay ərzində 18 ədəd sənədli film hazırlamışdır. Mustafayev müharibəyə təkcə jurnalist kimi yollanmırdı. O, həm də səngərdə əsgər, zabit hətta komandan kimi özündə çox vəzifəni daşıyırdı.

Etiketlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close