Nazir Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.

İqtisadiyyat naziri qaliblərin daim peşəkarlıq səviyyələrini artırmaq istiqamətində səy göstərdiklərini vurğulayaraq, yüksək intellektə malik kadr ehtiyatlarının hər bir ölkə üçün əvəzolunmaz sərvət olduğunu qeyd edib.

“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində dövlət və özəl sektor, beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərin və müxtəlif istiqamətlərdə maraqlı müzakirələrin onların fərdi inkişafında böyük rol oynadığını qeyd ediblər.

Görüşdə gənclərin fərdi inkişaf istiqamətində fəaliyyətləri və əldə etdikləri yeni təcrübələr barədə fikir mübadiləsi aparılıb. Mentorluq proqramı çərçivəsində növbəti addımlar müəyyənləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close