Nazir Sahil Babayev Serbiya ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycana səfər edən Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Dariya Kisiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş təşkil olunub.

Emek və əhalinin sosial müdafie naziri, Azərbaycanla Serbiya arasındakı ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ölkəmiz tərəfindən həmsədri Sahil Babayev Azərbaycan və Serbiyanın  dövlət başçılarının səyləri nəticəsində 2 ölkənin əlaqələrinin strateji baxımdan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib.

Keçən il Azərbaycan və Serbiyanın ticarət dövriyyəsində 17,9 faiz artım olub və ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin yüksələn xətlə inkişafında əhəmiyyəti dilə gətirilib. Ölkəmizdə son illərdə aparılan sosial islahatlar, beynəlxalq səviyyədə də yüksək dəyərləndirilən DOST təcrübəsi, sosial xidmətlərin avtomatlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə də məlumat verilib.

Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində aparılan dövlət siyasətindən, əsas demoqrafik meyillərdən bəhs olunub. Azərbaycandakı müsbət demoqrafik vəziyyət və sakinlərin sabit artım tempinin mövcud olduğu, eyni zamanda əhali proqnozlarının hazırlanması sahəsində aparılan işlər diqqətə çatdırılıb.

Xanım D.Kisiç ölkəmizə səfərinin xoş təəssüratlarını dilə gətirib. Serbiyanın  Azərbaycanla dost münasibətini, əlaqələri daim genişləndirmək əzmində olduğunu  vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close