Nazir Sahil Babayev Xızı rayonunda vətəndaşları qəbul edib

Sosial müdafiesi naziri Sahil Babayev Xızıda eyni rayonun və Siyəzən rayonun sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan öncə nazir  və Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov ümummilli liderimiz Heydər Əliyevin  rayondakı abidəsini ziyarət ediblər.

Sakinlər qəbul zamanı mənzillə təminat, əlilliyin qiymətləndirilməsi, ünvanlı dövlət sosial yardımı və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciət edən sakinlərin bir hissəsi Vətən müharibəsində şəhid olmuş şəxslərin ailələrinin üzvləri və müharibə veteranları olub.

Qəbul zamanı müraciətlər araşdırılıb və aidiyyəti tədbirlər həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close