Sahil Babayev açıqladı – Pensiyaçılara şad xəbər
Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil babayev gələn il yaşa görə təyin edilən pensiyanın 375 manata çatdıralacağını söyləyib: Gələn il ölkəmizdə sosial müavinətlərin artırılması nəzərdə tutulur. Artımlar üçün 182 milyon manatın ayrılacağı gözlənilir.
Sahil Babayev əsassız və saxta pensiya işlərinin ləğvindən də söhbət açıb.
Azərbaycanda sosial müavinətlər artırılacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı onu da qeyd edib ki, məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinətlərin dinamikasında qırx altı faiz artım gözlənilir. Sahil Babayev onu da söyləyib ki, bununla əlaqədar olaraq müəyyən vəsait ayrılacaq.
Sosial müdafiə naziri Sahil Babayev əlavə edib: “2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. Cari ilin 10 ayı üzrə isə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib”.