Sahil Babayev birinci rübünün yekunlarına dair keçirilən iclasda çıxış edib

Sahil Babayev son illər Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizdə keçirilən islahatların beynəlxalq səviyyədə qiymətləndirilməsi haqqında birinci rübün yekunlarına dair keçirilmiş iclasda danışıb.

O, iclas zamanı xüsusilə ön plana çəkdiyi, dövlət başçısının da dediyi kimi “Bu ilin ilk üç ayında ölkəmizdə bütün sahələr  uğurla inkişaf edib. Bizlər bu 3 ayın yekunlarına ötən il əldə olunmuş uğurların davamı kimi qiymətləndirməliyik”. Əhalinin daha həssas təbəqəsinə olan qayğı və diqqət imzalanmış fərmanların nəticəsidir.

Sahil Babayev bildirmişdir ki, əmək haqqlarının və social muavinətlərin artması ilə müşaiyət olunmuş, illik dəyəri 2,1 milyarddan artıq olan islahatlar paketinin 3,4 milyonu məhz bunun üçün ayrılmışdır.Eyni zamanda artımla əlaqədar olaraq 1 ailəyə olunana soail yardım 21% artaraq 300 manat olmuşdur.

Daimi olaraq əhalinin qayğılarına yönəlmiş iş prinsipi ilə çalışan DOST Agentliyi fəxri fərmanla mükafatlandırılmışdır.Bununla kifayətlənməyən DOST Agentliyi bu yaxınlarda Avropa Sosial Şəbəkəsindən Avropa Sosial Xidmətlər Mükafatını da almışdır. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondu Böyük Britaniyada Dövlət Sektorunun Transformasiyası üzrə Beynəlxalq Mükafat çərçivəsində 2022-ci il üçün Beynəlxalq İctimai Təşkilatın ən yüksək mükafatını alıb. 2022-ci ilin əvvəlindən Azərbaycanda növbəti islahatlar həyata keçirilib ki, bu da əhalinin sosial müdafiəsinə nail olmağa imkan verəcəkdir.

Cari ilin birinci rübündə nazirliyin fəaliyyəti haqqında iclas zamanı geniş müzakirələr aparılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close