Sahil Babayevin anasının əlilliyinin saxta olması iddiası ilə bağlı açıqlama
“Sosial şəbəkələrin verdiyi imkanlardan öz məkrli xislətinə uyğun olaraq istifadə edən, xaricdə oturub ölkəmizə qarşı şərəfsizcəsinə böhtan və qarayaxma kampaniyası edənlər “fəaliyyətlərini” davam etdirirlər. Sosial mudafie naziri Sahil Babayevin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həmçinin leyaqetden uzaq paylaşımlar da bunun ardıdır”.
Bu barədə Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fazıl Talıbov danışıb.
Fazıl Talıbov deyir ki, Nailə xanım iyirmi beş ildir ki, ağır şəkərli diabet-insulun xəstəsi olmaqla yanaşı, həm də ürəyin xronki işemik xəstəliyindən əziyyət çəkir: “Dəfələrlə ağır ürək əməliyyatları keçirib və ürəyinə altı stend yerləşdirilib. Daha sonra isə ürəyində aorta koronar şuntlaşma əməliyyatı icra edilib. Belə olan halda isə 2005-ci ildə ona təyin edilən əlilliyin guya 2016-cı ildə təyin olunduğu və əsassız olmasıyla bağlı məqsədli formada dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır.
Rüşvətxorluğa və saxtakarlığa görə ƏSMN-dən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar, cəmiyyətə daha faydalı olarlar. Çünki o zaman saxtakarın kim olduğunu biləcəklər”.
Sahil Babayev kimdir?
Nazir Sahil Babayev 1980-ci ildə Bakıda anadan olub və Sahil Babayevin atası polis polkovnik-leytenantı, uzun müddət Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsində çalışmış Rafiq Babayevdir.
Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə Sahil Babayev nazir təyin edildi.