Sahil Babayevin istefa verməsi ilə bağlı yanlış informasiya
Son günlər mediada Əmək və Əhalinin sosial müdafiə naziri Sahil Babayevin istefa verməsi ilə bağlı məlumat yayılıb. Redaksiyamızın əldə etdiyi məlumata əsasən bu xəbərlər həqiqəti əks etdirmir.
Sahil Babayev 2018-ci il-dən ölkə başçısı Prezident İlham Əliyevin 21 aprel tarixli sərəncamına əsasən Əmək və Əhalinin Sosial naziridir.
Prezidentin 13 mart 2014-cü il tarixli sərəncamıyla Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini olmuş, daha sonra isə 2016-cı il 20 yanvar sərəncamıyla Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edib.
Bu kimi fəaliyyətlərlə yanaşı, nazir o illərdə “Azpromo” İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının kuratoru, “Cənub Qaz Dəhlizi” layihəsində İqtisadiyyat Nazirliyi tərəfindən nümayəndə, “Azergold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının, “SOCAR Türkiyə Ege” Neft Emalı Kompleksinin Direktorlar Şurasının üzvü vəzifəsində işləyib.