Sahil Babayevin iştirakı ilə Cenevrədə Beynəlxalq Əmək Konfransı
Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşları İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Əmək Konfransının 112-ci sessiyasında bir araya gəliblər. Bu mühüm tədbirə Azərbaycan nümayəndə heyəti adından əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak edib.
Konfransda çıxış edən Sahil Babayev 2019-cu ildə yenilənmiş Qlobal Sosial Müqavilə təşəbbüsünün əhəmiyyətinə diqqət çəkib. O, BƏT-in prinsiplərinə uyğun olaraq Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində sosial tərəfdaşlığa xüsusi önəm verildiyini bildirib.
Nazir S. Babayev Azərbaycanda Hökumət, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Konfederasiyası (İşəgötürənlər Konfederasiyası) arasında iki ildən bir imzalanan Baş Kollektiv Sazişin və Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəal fəaliyyət göstərdiyini vurğulayıb.
Azərbaycanda layiqli işçi qüvvəsinin təmin edilməsi istiqamətində görülən işlərə diqqət çəkən nazir Babayev bildirib ki, son 5 ildə 4 milyon insanı əhatə edən 4 sosial islahat paketi həyata keçirilib. Bu islahatlara hər il əlavə 4 milyard ABŞ dolları ayrılıb.
Sahil Babayev bildirmişdir ki, son illər sosial sahədə həyata keçirilən DOST konsepsiyası və hərtərəfli elektronlaşma proqramı ilə əldə olunan nailiyyətlər əmək və məşğulluq sahəsində aparılan siyasətin BƏT ilə sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini göstərir. Ötən dövrdə hər iki ölkənin BƏT ilə birgə Layiqli Əmək Proqramının uğurla həyata keçirilməsinin bunun göstəricisi olduğu vurğulanıb. O, həmçinin növbəti Layiqli Əmək üzrə Ölkə Proqramının imzalanmasının planlaşdırıldığını açıqlayıb.
Nazir Babayev işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə diqqət çəkərək bildirmişdir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bu rayonlarda iqtisadi inkişaf, sosial rifah, öz doğma yurdlarına qayıdan sakinlərin davamlı məskunlaşması və səmərəli məşğulluğu.
Sahil Babayev son olaraq bu ilin noyabr ayında Azərbaycanın İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcəyini və COP29-un BƏT-in gündəliyinin irəliləməsi üçün səmərəli platforma rolunu oynayacağını bildirib.